"Sumqayıt"dan 60-cı qələbə

Topaz Premyer Liqasının XIII turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən "gənclik şəhəri" təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb. Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə  41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

 

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.

Tarix: 4 Dekabr [13:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio