Klublar Komitəsində sədrlik ləğv olundu - yeni katib müəyyənləşdi

16:00 - 4 Dekabr 2018

AFFA-nın Klublar Komitəsinin idarəçilik sistemi dəyişib. 

 

Sporat.az-ın məlumatına görə, buna komitənin bügünkü iclasında qərar verilib. Sədrlik sistemi katibliklə əvəzlənib. Dəyişiklik quruma üzv klubların təklifi əsasında reallaşıb. Komitənin yeni katibi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub.

 

Qeyd edək ki, komitənin sonuncu sədri "Neftçi”in prezidenti Kamran Quliyev idi.

Xəbər xətti