Azərbaycan kubokunun 1/8 final mərhələsi rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək. 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq.
 
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı cütlərin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edib. Üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.
 
Azərbaycan kuboku
1/8 final
6 dekabr
 
1. “Ağsu” - “Sabah” - indiyədək qarşılaşmayıblar
 
2. “Şüvəlan” -  “Keşlə” - 2 oyun, +0=1-1, top fərqi 0-1
Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda qarşılaşıb. Cütün taleyini həmin vaxt “İnter” adlanan “Keşlə”nin vurduğu 1 qol həll edib.
 
2010/11 1/2 final İnter  (Bakı) - AZAL  (Bakı) 0:0, 1:0 

3. “Qaradağ Lökbatan” - “Sumqayıt” - indiyədək qarşılaşmayıblar
 
4. “Kəpəz” - “Səbail” - indiyədək qarşılaşmayıblar.
Tarix: 5 Dekabr [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio