Türkiyə millisinin üzvü Belçikada klubunu dəyişir

12:33 - 5 Dekabr 2018

Türkiyə millisinin və Belçikanın "Antverpen" klubunun qolkiperi Sinan Bolat qışda klubunu dəyişməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, qış fasiləsində çempionatın lideri "Genk" 30 yaşlı qapıçını transfer etmək üçün danışıqlara başlayacaq. Sinan açıqlamasında sabiq klubuna qayıtmağa hazır olduğunu deyib.

 

Qeyd edək ki, Bolat "Antverpen"də 2017-ci ildən çıxış edir. Türkiyəli əlcək sahibi "Genk"də yetişib və peşəkar karyerasını bu klubda başlayıb.

Xəbər xətti