Valverde: "Modriçi təbrik edirik, amma məntiqsiz sıralama oldu"

12:08 - 5 Dekabr 2018

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "qızıl top"u qazanmayan Lionel Messi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis seçimi məntiqsiz hesab edib: "Hər kəsin öz fikri var. Luka Modriçi təbrik edirik, amma bu, çox məntiqsiz sıralama oldu".

 

Qeyd edək ki, Messi "qızıl top" mükafatının sıralamasında 5-ci olub. Qalib adına isə "Real"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

Xəbər xətti