Simeone: "Dünya futbolunda işlərin necə idarə edildiyini görürsünüz"

13:05 - 5 Dekabr 2018

Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone "Real"ın yarımmüdafiəçisi Luka Modriçin "qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Modriçin mükafata layiq olmadığını deyib:

 

"Atletiko"da forma geyinirsinizsə, mükafat qazanmağınız asan iş deyil. Bizim kimi zəhmət çəkən və üst yerlərə getmək üçün əziyyətə qatlaşan klublarda çıxış edirsinizsə, çox böyük işlər də görsəniz, bu mükafatları ala bilməyəcəksiniz. Məsələn, Tibo Kurtua yayda "Çelsi"ni "Real"a dəyişdi və FIFA-dan ilin ən yaxşı qapıçı mükafatını aldı. O, "Atletiko"da çıxış edərkən bunu Keylor Navas qazanmışdı. Özünüz də görürsünüz ki, dünya futbolunda işlər necə idarə edilir. Hər şeyi aydın başa düşəndən sonra rahat başla yaşayırsan. Antuan Qrizmannın yerində olsam, bu il qazandığı mükafatlara görə xoşbəxt olaram. Dünya çempionu oldu və bu qazanılması mümkün olan ən çətin turnirlərdən biridi. Modriçi də yaxşı mövsümə görə təbrik edirəm. Ancaq mənə görə bu ilin ən yaxşı futbolçuları Qrizmannla Rafael Varandı".

Xəbər xətti