“Qalatasaray” brazilyalı hücumçu alır

13:43 - 5 Dekabr 2018

“Qalatasaray” Moskva “Spartak”ın futbolçusu Luiz Adrianonu transfer edir.

 

Sportal.az-ın "Milliyət"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu ilkin razılıq əldə etdiyi 31 yaşlı hücumçu ilə qış transfer pəncərəsində müqavilə imzalayacaq.

 

Brazilyalı futbolçu üçün “sarı-qırmızılar”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi və futbolçu ilə 3 il yarımlıq müqavilə imzalayacağı iddia edilir.

 

Qeyd edək ki, L. Adriano bu mövsüm Moskva klubunun heyətində 17 oyunda 4 qol vurub, 4  qol ötürməsi verib.

Xəbər xətti