"Mançester Siti"dən möhtəşəm göstərici

17:18 - 5 Dekabr 2018

“Mançester Siti” İngiltərə çempionatında möhtəşəm göstəriciyə imza atıb.

 

Sportal.az-ın xəbərinə görə, Premyer Liqanın son turunda “Uotford”a 2:1 hesabı ilə qalib gələn "şəhərlilər" mövsümün ilk 15 oyununda inanılmaz top fərqinə nail olub.

 

45 qol vuran, 7-ni buraxan Pep Qvardiolanın komandasının top fərqi +38 -di. Çempionatın ilk 15 oyununda bundan yaxşı nəticəyə sonuncu dəfə 125 il əvvəl -  1892/93 mövsümündə “Sanderlend" imza atıb. O vaxt isə top fərqi +39 olub.

 

Qeyd edək ki, "MS" hazırda 41 xalla liderdir.

Xəbər xətti