“Çelsi”dən Hazarda yeni təklif

17:44 - 5 Dekabr 2018

“Çelsi” aparıcı futbolçusu Eden Hazarda həftəlik 300 min funt-sterlinq maaş olmaqla yeni müqavilə təklif edib.

 

Sportal.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçinin hazırkı sözləşməsi 2020-ci ilin yayında başa çatsa da, London klubu onu heyətdə saxlamaq üçün bu addımı atıb. 

 

Bir çox Avropa nəhənginin diqqət mərkəzində olan 27 yaşlı oyunçu isə hələlik “zadəganlar”ın yeni təklifinə cavab verməyib. Əsas fikri “Real”da olan Hazard məhz “kral klubu”ndan dəvət gözlədiyi üçün tələsmir.

 

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 13 oyunda meydana çıxan Hazard 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti