Alleqri: “Qızıl top”u Ronaldo qazanmalı idi”

18:35 - 5 Dekabr 2018

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Qızıl top”u oyunçusu Kristiano Ronaldonun qazanmalı olduğunu bildirib. 51 yaşlı italiyalı mütəxəssis Ronaldonun ötən il möhtəşəm işlər gördüyünü xatırladıb:


“O, ötən mövsüm ÇL-nı qazanıb. Mükafat ona verilməli idi. Ümumiyyətlə, Ronaldo kimi bir oyunçuya sahib olduğumuz üçün çox xoşbəxtik. Onun məşqlərdəki performansı belə möhtəşəmdir. Bununla o, digər oyunçulara da örnək olur”.


“Qızıl top”u bu mövsüm xorvatiyalı Luka Modriç qazanıb.

Xəbər xətti