U-16 Liqası: Mərkəzi oyun "Neftçi Baza"da

Dekabrın 6-7-də U-16 Liqasında 11-ci turun oyunları keçiriləcək. Turun mərkəzi oyununda «Sabah»la «Keşlə» üz-üzə gələcək. Turnir cədvəlində uyğun olaraq 3 və 1-ci yerlərdə qərarlaşan, eyni zamanda aralarında cəmi 2 xal fərqi olan komandaların görüşü hər iki tərəf üçün olduqca böyük əhəmiyyət kəsb edir. Komandalar oyuna optimal heyətlə çıxacaqlar. Heyətlərdə zədəli və cəzalı futbolçu yoxdur. «Keşlə» bu tura kimi məğlubiyyət acısı yaşamayıb. «Sabah» «Keşlə»ni məğlub edə biləcəkmi? Lider dəyişəcəkmi? Yoxsa, komandalar heç-heçə etməklə 2-ci pillədəki «Qəbələ»nin liderliyə yüksəlməsinə imkan yaradacaqlar? Bu suallara son çempionla indiki liderin oyunu başa çatdıqdan sonra aydınlıq gələcək. 

 

11-ci turun təqvimi aşağıdakı kimidir:

 

06 dekabr (cümə axşamı)

 

13:00 «Sabah» - «Keşlə» («Neftçi Baza»)
13:00 «Səbail» - «Qarabağ» («Bayıl Arena»)
13:30 «Neftçi» - ROİL («Dalğa Arena», yardımçı meydan)
14:00 İsgəndər Cavadov BFA – «Zirə» (Abşeron OİK-nin meydanı)
14:00 «Turan Tovuz» - Gəncə TİM (Tovuz şəhər stadionu)
15:00 «Viləş» - «Qəbələ» (Şamaxı OİK-nin meydanı)

 

07 dekabr (cümə)

 

14:00 «Neftçi» İK İB – «Sumqayıt» (Lökbatan OİK-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Arif Məmmədov («Səbail»), Şahin Cavadov («Viləş»).

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 13 qol, Rauf Ağasənov («Səbail») – 11 qol.

 

«Het-trik news»

 

Tarix: 6 Dekabr [00:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio