Unay Emeri: “O, “Qarabağ”a qarşı meydanda olacaq”

“Arsenal” Premyer Liqada növbəti oyununu keçirib

 

Sportal.az-ın məlumatına görə, “Mançeter Yunayted” doğma meydanda London təmsilçisi ilə qarşılaşıb.Qarşılaşma 2:2 hesabı ilə heç-heçə bitib. Oyunun ardından keçirilən mətbuat konfransında “Arsenal”ın baş məşqçisi Unay Emeri zədələnib məcburi əvəzlənən Remsi və uzun müddətdir olmayan Koselninin  qarşıdakı “Qarabağ” görüşündə olub-olmayacağından danışıb

 

“Loran Koselninin zədəsi sağalıb. O, “Qarabağ”la oyunda iştirak edəcək. Remsi isə dizindən zədələnib. Onun zədəsi çox da ciddi deyil. Ümid edirəm ki, həftəsonu Premyer Liqa oyununda meydanda olacaq”.

 

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Tarix: 6 Dekabr [13:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio