"Arsenal" 20 oyundur uduzmur

14:00 - 6 Dekabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki "Arsenal" bu mövsüm məğlubiyyətsiz oyunlar seriyasını 20-yə yüksəldib.

 

Sportal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu son olaraq İngiltərə  Premyer Liqasının 14-cü turunda səfərdə "Mançester  Yunayted"lə bərabərə qalıb- 2:2. Unay Emerinin komandası bütün turnirlərdə keçirdiyi son 20 oyunda 15 qələbə qazanıb, 5 heç-heçə edib.

 

Qeyd edək ki, "Arsenal" ölkə çempionatında 31 xalla turnir cədvəlnin 5-ci pilləsində qərarlaşıb. Komanda Avroliqanın E qrupunda 13 xalla liderdir.

Xəbər xətti