“Qalatasaray”ın müdafiəçisi “Yuventus”un hədəfində

14:21 - 6 Dekabr 2018

“Qalatasaray”ın gənc müdafiəçisi Ozan Kabak İtaliya nəhənginin diqqət mərkəzinə düşüb.

 

Sportal.az-ın məlumatına görə, 18 yaşlı futbolçunu transfer etmək istəyən “Yuventus”  artıq bununla bağlı “sarı-qırmızılı” kluba ismarıc da göndərib. İstanbul təmsilçisinin bu transfer üçün 10 milyon avro tələb etdiyi bildirilir. “Qalatasaray” klubu bu transferdən gələn gəlirlə heyətinə hücumçu cəlb etməyi düşünür.

 

Ozan Kabak bu mövsüm Superliqada 10, ÇL-da isə 3 qarşılaşmada forma geyinib.

Xəbər xətti