Turun oyunçusu – Mahir Mədətov

17:00 - 6 Dekabr 2018

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 13-cü turunun ən yaxşı futbolçusu məlum olub

 

Sportal.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, “Qarabağ”ın oyunçusu Mahir Mədətovdur.

 

“Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan millinin üzvü het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.

Xəbər xətti