UEFA-dan “Qarabağ”a 981 min avro

17:18 - 6 Dekabr 2018

UEFA növbəti dəfə “Qarabağ” klubuna pul ayırıb.

 

Klub Yarışlarının Keçirilməsi Komitəsi 2017/2018-ci il mövsümü üçün Ağdam təmsilçisinə Çempionlar Liqası iştirakçısı kimi ayrılan 981 min avro vəsait AFFA-nın vasitəçiliyi ilə “klubun hesabına köçürülüb.

 

Qeyd edək ki, “Qarabağ” ötən mövsüm ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən ilk klub kimi Azərbaycan futbolunun tarixinə düşüb.

Xəbər xətti