Tərlan Əhmədov: "Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur"

“Bu gün birinci divizion klubu ilə üz-üzə gəlsək də, ilk hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1 /8 final mərhələsində “Şüvəlan”la keçirilən oyundan sonra deyib. 3:0 hesablı qələbəni şərh edən çalışdırıcı kubokunda mümkün qədər irəliləməyə çalışdıqlarını bildirib: “Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib. Buna görə onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.

Tarix: 6 Dekabr [21:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio