"Liverpul"un futbolçusu 6 həftəlik sıradan çıxdı

12:33 - 7 Dekabr 2018

İngiltərə Premyer Liqasının 15-ci turunda "Börnli" ilə oyunda zədələnən "Liverpul"un futbolçusu Co Qomesin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu 6 həftəlik sıradan çıxıb. İngiltərə millisinin üzvü növbəti ildə yaşıl meydanlara qayıdacaq.

 

Qeyd edək ki, Qomes bu mövsüm Premyer Liqada 13 oyun keçirib.

Xəbər xətti