PSJ gənc ulduzu 75 milyon avroya transfer edir

13:41 - 7 Dekabr 2018

PSJ növbəti transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Paris klubu "Ayaks"dan gənc ulduz Frenki De Yonqu transfer etməyə yaxındır. Bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, parislilər 21 yaşlı yarımmüdafiəçinin transferini tamamlamaq üzrədir. Bu keçiddən "Ayaks" 75 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Hollandiya millisinin üzvü "Villem II" yetirməsidir. De Yonq 2015-ci ildə "Ayaks"a keçib və 2016-cı ildən əsas heyət üzvüdü.

Xəbər xətti