"Neftçi" seneqallı futbolçu transfer etdi

11:06 - 8 Dekabr 2018

"Neftçi” qısa zaman kəsiyində daha bir transferi həyata keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. 25 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 3 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

 

Qeyd edək ki, "Neftçi" bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə imzalayıb.

Xəbər xətti