Şeydayev üçün 10 dəqiqə, Quliyev oynamadı

18:57 - 8 Dekabr 2018

Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" azərbaycanlı futbolçu Ayaz Quliyevin oynadığı “Rostov”u qəbul edib. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsiylə yekunlaşıb.

 

Ramil Şeydayev qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub. Ramil 82-ci dəqiqədə sarı vərəqə alıb. Ayaz Quliyev isə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

 

“Rostov” 27 xalla 7-ci, "Krılya Sovetov" isə 17 xalla 12-ci pillədə qərarlaşıb. 34 xalı olan "Zenit" turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti