"Çelsi" "Mançester Siti"yə ilk məğlubiyyəti yaşatdı VİDEO

00:27 - 9 Dekabr 2018

İngiltərə Premyer Liqasında 16-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Çelsi" evdə "Mançester Siti"yə 2-0 hesabı ilə qalib gəlib. Bu, qonaqların cari mövsüm Premyer Liqada ilk yenilgisi olub.

 

Premyer Liqanın turnir cədvəlinə 42 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 41 xalla 2-ci, "Çelsi" və "Arsenal" 34 xalla 3-4-cü yerləri bölüşürlər.

 

"Çelsi" 2-0 "Mançester Siti"

Qollar: Nqolo Kante, 45, David Luis, 78

 

Xəbər xətti