ÇSKA autsayderi əliboş yola saldı VİDEO

01:26 - 9 Dekabr 2018

Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, ÇSKA evdə "Yenisey"ə 2-1 hesabı ilə qalib gəlib.

 

Premyer Liqada turnir cədvəlinə 32 xalla "Zenit" başçılıq edir. 2 xal geri qalan "Krasnodar" 2-ci yerdə qərarlaşıb. ÇSKA 30 xalla 3-cüdü. "Spartak"la "Lokomotiv" 28 xalla 4-5-ci yerləri bölüşürlər. "Yenisey" 10 xalla sonuncu - 16-cı yerdə qərarlaşıb.

 

 

ÇSKA 2-1 "Yenisey"

Qollar: Georgi Şennikov, 4, Nikola Vlaşiç, 15 - Pavel Komolov, 54

Qeyri-dəqiq penalti: Valeri Kiçin, 62 ("Yenisey")

 

Xəbər xətti