Pepe Sneyderin yanına gedə bilər

13:42 - 9 Dekabr 2018

Mövsümün sonunda "Beşiktaş"la müqaviləsi başa çatacaq Pepeyə təkliflər var.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçinin xidmətində Qətərin "Əl Qarafa" klubu maraqlıdır. "Beşiktaş" isə portuqaliyalı müdafiəçini qışda Qətər klubuna sataraq, gəlir qazanmaq istəyir. "Əl Qarafa"nın baş məşqçisi Kristian Qurkuff Pepeni sərəncamında görmək istədiyini rəhbərliyə bildirib. Qətər təmsilçisi təcrübəli müdafiəçinin keçidi üçün hərəkətə keçib.

 

"Əl Qarafa"da hollandiyalı ulduz Uesli Sneyder də çıxış edir.

 

Qeyd edək ki, Pepe 2017-ci ildə "Real"dan "Beşiktaş"a keçib.

Xəbər xətti