Emmanuel Adebayor addım-addım "Fənərbaxça"ya

14:01 - 9 Dekabr 2018

Qış fasiləsində heyətini gücləndirməyi planlaşdıran "Fənərbaxça" daha çox hücum xəttini düşünür.

 

Sportal.az xəbər verir ki, mövsümü uğursuz keçirən İstanbul klubu Super Liqanın lideri "Başakşəhər"dən Emmanuel Adebayoru transfer etməyə yaxındır. "Başakşəhər"in hücumçu axtarması və Adebayorun bəzi oyunlarda ikinci hissədə meydana daxil olması toqolu forvardı qane etmir. Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubları transfer üçün anlaşmaq üzrədilər. "Sarı-lacivərdlilər" 34 yaşlı futbolçunun keçidi üçün cüzi miqdarda məbləğ ödəyəcək. Bu keçid baş tutsa, "Fənərbaxça" İslam Slimani və Roberto Soldadodan birini göndərəcək.

 

Qeyd edək ki, Adebayor 2017-ci ildən "Başakşəhər"də çıxış edir.

 

 

Xəbər xətti