Qərar verildi: daha iki stadionun ot örtüyü təbii olacaq

15:18 - 9 Dekabr 2018

"Keşlə"nin stadionu "ASK Arena" ilə "Səbail"in ev oyunlarını keçirdiyi "Bayıl Arena"da ot örtüyü dəyişdiriləcək.

 

Sportal.az-ın məlumatına görə, futbolçuların zədə mənbəyi olan süni meydançalara yeni örtük vurulacaq. AFFA hər iki stadionda təbii örtüyü vurulmasına qərar verib. İşlərin qış fasiləsi elan olunduqdan sonra başlayacağı gözlənilir. Beləliklə, Premyer Liqada mübarizə aparan 8 klubun hamısında stadionların ot örtüyü təbii olacaq.

 

Qeyd edək ki, bu mövsüm Premyer Liqa təmsilçilərindən "Zirə" və "Sumqayıt"ın ev oyunlarını keçirdiyi stadionlarda təbii ot örtükləri süniləri əvəz edib.

Xəbər xətti