Libertadores Kubokunda qalib “River Pleyt” oldu VİDEO

09:25 - 10 Dekabr 2018

Libertadores Kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Madrid şəhərində keçirilən finalın cavab oyununda “River Pleyt”lə “Boka Xuniors” qarşılaşıb. Matçın əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. İlk matçda da bərabərliklə (2:2) başa çatdığı üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha iki qol vuran "River Pleyt" 3-1 hesablı qələbə qazanıb və kubokun sahibi olub.

 

“River Pleyt” – “Boka Xuniors” – 3:1 (ilk oyun: 2-2)

Qollar: Lukas Pratto, 68, Xuan Kintero, 109, Qonsalo Martinez, 120+2 – Dario Benedetto, 44

Qırmızı vərəqə: Vilmar Barrios 92 ("Boka Xuniors")

 

Xəbər xətti