"Neftçi"də yeni müqavilə

13:09 - 10 Dekabr 2018

"Neftçi”də yeni müqavilı qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu müdafiəçisi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan müqavilənin müddətini artırıb. 19 yaşlı futbolçu 2021-ci il mayın 31-dək "ağ-qara" formanı geyinəcək.

 

Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Ömər Buludov bu mövsüm 9 oyunda meydana çıxıb.

Xəbər xətti