"Barselona"nın rekord transfer planı

16:58 - 10 Dekabr 2018

İspaniya La Liqasının lideri "Barselona"nın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan biri məlum olub.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Luis Suaresin yaşının 32 olmasına görə hücum xəttinə yeni ad gətirmək istəyir. İngiltərə mətbuatının məlumatına görə, "Barselona" "Tottenhem"in hücumçusu Jarri Keyni rənglərinə bağlamaq istəyir. Xəbərdə qeyd edilib ki, katalonlar bu keçid üçün 223 milyon avro xərcləməyə hazırdır.

 

Qeyd edək ki, futbol tarixinin ən bahalı transferi "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə keçən Neymardır.

Xəbər xətti