Robben: "İdeal təklif almasam, karyeramı bitirə bilərəm"

18:25 - 10 Dekabr 2018

Mövsümün sonunda "Bavariya"dan ayrılacağını bəyan edən Aryen Robben yaxşı təklif gözlədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, hollandiyalı ulduz ideal təklif almayacağı halda, karyerasını bitirəcəyini deyib: "Yüz faiz əmin olacağım təklif gəlsə, oynamağa davam edəcəm. İdeal təklif almasam, karyeramı bitirə bilərəm".

 

34 yaşlı futbolçu Münhen klubundan ayrılmaq qərarı barədə bunları deyib: "Bavariya"dan ayrılmaq böyük addım oldu. Doöru zamanda qərar verdiyimi düşünürəm. Burada son aylarımın dadını çıxarmaq istəyirəm".

 

Qeyd edək ki, Robben 2009-cu ildən "Bavariya"da çıxış edir.

Xəbər xətti