Azərbaycan millisinin yeni baş məşqçisi italiyalı olacaq?

18:27 - 10 Dekabr 2018

Qurban Qurbanovla yolların ayrılmasından sonra milli komandanın yeni baş məşqçisinin əcnəbi olacağı gözlənilirdi.

 

Sportal.az xəbər verir ki, artıq milli komandanın baş məşqçisi olmağa namizəd var. Bu, italiyalı mütəxəssis Canni de Byazidi. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. 62 yaşlı çalışdırıcı son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

Xəbər xətti