Milli komandamızın baş məşqçisi olacağı gözlənilən italiyalı Ermənistandan da təklif aldı

22:56 - 10 Dekabr 2018

Milli komandamızın baş məşqçisi postuna ən real namizəd olan Canni de Byazi ilə bu həftə AFFA arasında danışıqlar reallaşacaq.

 

Sportal.az xəbər verir ki, qurum italiyalı mütəxəssisə təklif zamanı şərtlərini irəli sürəcək. İtaliya mətbuatının məlumatına görə, həlledici görüşdə 62 yaşlı çalışdırcı AFFA-nın şərtlərini qəbul etsə, təyinat baş tutacaq.

 

Albaniya mətbuatında da De Byazi ilə bağlı yeni iddia ortaya atılıb. Təcrübəli çalışdırıcı ilə Millətlər Liqasında uğursuz çıxış edən Ermənistan millisi də maraqlıdı. Məlumata görə, Ermənistan Futbol Federasiyası De Byaziyə təklif göndərib.

 

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Mütəxəssis son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

 

Xəbər xətti