"Qarabağ"ın qapıçısının əlcəyi FIFA-nın muzeyinə qoyulacaq

17:49 - 12 Dekabr 2018

"Qarabağ"ın və İslandiya milli komandasının qolkiperi Hannes Halldorssonun əlcəyi FIFA-nın muzeyinə göndərilib.

 

Sportal.az verir ki, İslandiya mətbuatında yer alan xəbərə görə, DÇ-2018-də Argentina ilə matçda (1:1) Lionel Messinin penaltisini dəf edən qapıçının həmin görüşdə geyindiyi əlcək ali futbol qurumunun muzeyinə qoyulacaq. Həmin oyundan sonra daha da məşhurlaşan 34 yaşlı çərçicə qoruyucusunun şərəfinə vətəni İslandiyada heykəl ucaldılacaq.

 

Qeyd edək ki, Halddorson yayda Danimarkanın "Randers" klubundan "Qarabağ"a transfer olub.

Xəbər xətti