Maksim Medvedev: "Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir"

01:18 - 13 Dekabr 2018

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Arsenal"la oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu əllərindən gələni edəcəklərini deyib:

 

"Arsenal”ı xüsusi təqdim etməyə ehtiyac yoxdur. Sabahkı oyun nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, çalışacağıq ki, meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir”.

 

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti