Çempionlar Liqasında qrup mərhələsi başa çatdı

02:20 - 13 Dekabr 2018

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Son oyun günündə E, G, H və F qruplarında 8 qarşılaşma baş tutub.

 

Sportal.az xəbər verir ki, F qrupunda "Lion" və "Şaxtyor"un Ukraynadakı duelində son vəsiqənin sahibi müəyyənləşib. "Lion"a 1 xal da bəs edəcəkdisə, "Şaxtyor" mütləq qələbə qazanmalı idi. Matçda qalib müəyyənləşməyib və "Lion" növbəti mərhələyə yüksəlib.


Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn komandalar:

 

"Borussiya" (Dortmund), "Atletiko" (Madrid), "Barselona", "Tottenhem", PSJ, Liverpul, "Portu", "Şalke", "Bavariya", "Ayaks", "Mançester Siti", "Lion", "Real" (Madrid), "Roma", "Yuventus", "Mançester Yunayted".
 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

12 dekabr


E qrupu

"Ayaks" (Hollandiya) - "Bavariya" (Almaniya) - 3:3

Qollar: Duşan Tadiç, 61, 82 (pen.), Niklas Züle, 90+3 (öz qapısına)  - Robert Levandovski, 13, 87, Kinqsli Koman, 90


"Benfika" (Portuqaliya) - AEK (Yunanıstan) - 1:0

Qol: Alexandro Qrimaldo, 88

 

F qrupu

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Lion" (Fransa) - 1:1

Qollar: Junior Moraeş, 22- Nabil Fekir, 67

 

"Mançester Siti" (İngiltərə) - "Hoffenhaym" (Almaniya) - 2:1

Qollar: Leroy Sane, 45, 61 - Andrey Kramariç, 16 (pen.)


G qrupu

"Real" (İspaniya) - MOİK (Rusiya) - 0:3

Qollar: Fyodor Çalov, 37, Georgi Şennikov, 43, Arnor Siqurdson, 73

 

"Viktoriya" (Çexiya) - "Roma" (İtaliya) - 2:1

Qollar: Yan Kovarik, 62, Tomaş Çori, 72 - Ünder, 68

 

H qrupu

"Yanq Boyz" (İsveçrə) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Oarau, 30 (pen.), 68 - Paulo Dibala, 80

 

"Valensiya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Karlos Soler, 17, Fil Cons, 47 (öz qapısına) - Reşford, 87

Xəbər xətti