"Arsenal" rəsmisindən Tahir Gözələ xatirə hədiyyəsi

03:01 - 13 Dekabr 2018

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün "Arsenal"ın qonağı olacaq. 

 

Sportal.az xəbər verir ki, ötən gün oyunöncəsi klub rəsmiləri bir araya gəlib.

 

Rəsmi yeməkdə "Arsenal"ın CEO-su Çips Kezik "Qarabağ"ın vitse-prezidenti Tahir Gözələ xatirə hədiyyəsini təqdim edib.

 

Qeyd edək ki, "Emireyts" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti