U-16 Liqası: "Neftçi" "Qəbələ"ni büdrədə biləcək?

10:01 - 13 Dekabr 2018

Bu gün U-16 Liqasında 12-ci turun oyunları keçiriləcək. Turun mərkəzi oyunu Qəbələdə keçiriləcək. Ötən tur liderliyi ələ keçirən «Qəbələ» son vaxtlar uğurlu qrafik cızan «Neftçi»ni qəbul edəcək. Və ya çempionatın ən çox qol vuran komandası ən az qol buraxan komandasına qarşı olacaq. Digər 6 oyundan «Qarabağ» - «Sabah» və «Keşlə» - «Neftçi» İK İB matçlarının da nəticələri maraqla gözlənilir. 12-ci turun təqvimi belədir:

 

13 dekabr (cümə axşamı)

 

13:00 «Keşlə» - «Neftçi» İK İB («ASK Arena», 4-cü meydan)
13:00 «Zirə» - «Viləş» (Aviasiya Akademiyasının stadionu)
14:00 «Sumqayıt» - İsgəndər Cavadov BFA (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 «Qəbələ» - «Neftçi» (Qəbələ şəhər stadionu)
14:00 «Qarabağ» - «Sabah» («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Turan Tovuz» - «Səbail» (Tovuz şəhər stadionu)
14:00 Gəncə TİM – ROİL (Gəncə TİM-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Fərid Əhmədov («Səbail»), SƏrvin İsmayılov («Sumqayıt»), Elnur Əliyev («Qarabağ»), Rəşid Zeynalov (Gəncə TİM).

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 13 qol, Rauf Ağasənov («Səbail») – 12 qol.

 

«Het-trik news»

 

Xəbər xətti