Tarix məlum oldu: "Keşlə"in stadionunun ot örtüyü nə vaxt dəyişiləcək?

16:08 - 13 Dekabr 2018

"Keşlə"nin stadionu "ASK Arena" ilə "Səbail"in ev oyunlarını keçirdiyi "Bayıl Arena"da ot örtüyü dəyişdiriləcək.

 

Sportal.az-ın məlumatına görə, "ASK Arena"da işlərin start götürəcəyi tarix müəyyənləşib. Belə ki, ölkə kubokunun 1/4 final matçlarından sonra meydanın süni örtüyü çıxarılacaq. Stadiona təbbi ot örtüyü vurulacaq. Əsas meydançadan çıxarılan süni örtük isə "ASK Arena"nın dördünçü meydançasına döşənəcək.

 

"Bayıl Arena"da da süni ot örtüyü təbii ilə əvəz olunacaq.

 

Bununla da, Premyer Liqada mübarizə aparan 8 klubun hamısında stadionların ot örtüyü təbii olacaq.

 

Qeyd edək ki, ölkə kubokunda 1/4 final mərhələsinin oyunları 15-16 və 19-20 dekabr tarixlərində baş tutacaq.

Xəbər xətti