Aqil Nəbiyev "Altınordu"da FOTOLAR

18:09 - 13 Dekabr 2018

Azərbaycan I Divizionunda fasilə yarandıqdan dərhal sonra “Şüvəlan” klubunun baş məşqçisi Aqil Nəbiyevlə icraçı direktor Seyidağa Babayev ölkəni tərk edib.

 

Sportal.az saytının məlumatına görə, adıçəkilən şəxslər Türkiyənin “Altınordu” klubunun düşərgəsinə yollanıb. Aqil Nəbiyev Türkiyədə olduğu müddətdə klubun akademiyası ilə tanış olub, iş prinsipi ilə maraqlanacaq. Təcrübə müddəti A kateqoriyalı məşqçi lisenziyasının tələbidir və 1 həftə müddəti əhatə edir. 

 

Aqil Nəbiyev saytımıza açıqlamasında bunları söyləyib: "Dünən "Altınordu" akademiyasının rəhbəri Savaş Sərdarla görüşümüz baş tutdu. Savaş 18 il "Qalatasaray"da, 2 il Hollandiya təmsilçisi "Utrext"də çalışıb, 5 il öncə "Altınordu"ya gəlib və akademiyanın bu səviyyəyə qalxmasında əməyi böyükdür. O, Hollandiyada Yohan Kroyff universitetini bitirib. "Altınordu"da U-11-dən başlayaraq, U-21-ə kimi bütün komandalar var. Bu gün əsas komanda ilə görüşümüz baş tutacaq. Əsas komanda Super Liqaya namizəddir. "Şüvəlan"da U-11 və U-14 komandaları var. Yavaş-yavaş akademiya qurmaq istəyirik. Düzgün iş görmək və doğru istiqamət götürmək istəyirik. Bu barədə təcrübə toplamalıyıq. Çempionatımızda qoyulan limitə görə, məcburuq ki, gənc oyunçulara şans verək. Bu baxımdan "Altınordu"da limit məsələsiylə bağlı bilgilər alacağıq".

 

Xəbər xətti