"Vilyarreal" "Spartak"ı məğlub etdi VİDEO

00:32 - 14 Dekabr 2018

Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Vilyarreal" "Spartak"a 2-0 hesabı ilə qalib gəlib və 1/16 finala yüksəlib.

 

G qrupunu 10 xalla "Vilyarreal" lider başa vurub. Eyni xalı toplayan "Rapid" ikinci yeri tutaraq mərhələ adlayıb. "Reyncers" 6 xalla 3-cü, "Spartak" 5 xalla 4-cü olub.

 

"Vilyarreal" 2-0 "Spartak"
Qollar:
Samuel Çukvueze, 11, Karl Toko Okambi, 48
Qırmızı vərəqə: Jaume Kosta, 90 ("Vilyarreal")

 

Xəbər xətti