Almeyda oynadı, "Astana" qrupda qaldı VİDEO

01:27 - 14 Dekabr 2018

Avropa Liqasının qrup mərhələsinə yekun vurulur.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" səfərdə "Renn”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesbalı qələbəsiylə başa çatıb. Fransa klubu bu nəticə ilə qrupda Kiyev "Dinamo"sundan sonra 1/16 finala çıxıb.

 

Almeyda start heyətdə oyuna çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

 

K qrupunu "Dinamo" (Kiyev) 11 xalla lider başa vurub. "Renn" 9 xalla 2-ci, "Astana" 8 xalla 3-cü, "Yablonets" 5 xalla 4-cü olub.

 

"Renn" 2-0 "Astana"

Qollar: İsmaila Sarr, 68, 73
Qeyri-dəqiq penalti: Benjamin Buriqeaud, 67 ("Renn")

 

 

 

Xəbər xətti