Samir Abasovdan sərt qərar: "Sportinq"in futbolçusunu evəzedici komandaya göndərdi!

14:14 - 14 Dekabr 2018

"Zirə" Topaz Premyer Liqasının ilk yarısını sonuncu pillədə tamamladı.

 

Dördüncü turdan sonra komandanın "sükanı arxası"na keçən Samir Abasov komandanı turnir cədvəlinin zirzəmisindən xilas edə bilmədi və "qartallar" qış fasiləsinə son pillədə yollandı.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, ilin son turunda "Qarabağ"a 0-6 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi sərt qərar verib. Abasov mövsümün əvvəlində Lissabon "Sportinq"indən icarəyə götürülən Budaq Nəsirovu əvəzedici komandaya göndərib.

 

Qeyd edək ki, Budaq Nəsirov cari mövsüm Premyer Liqada 9 oyun (527 dəqiqə) meydanda olub.

Xəbər xətti