42 yaşlı futbolçu 28-ci klubuna keçdi

17:53 - 14 Dekabr 2018

Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu peşəkar karyerasının 28-ci klubuna keçib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı hücumçu Braziliyanın “Rio Branko” klubuna transfer edilib. Abreu futbol tarixində çıxış etdiyi klubların sayına görə rekordçudur.

 

“Real Sosyedad”, “Qremio”, “River Pleyt” kimi klublarda oynamışfutbolçu 70 dəfə də Uruqvay millisində forma geyinib.

Xəbər xətti