Baş məşqçi və prezident açıqladı: "Astana"da maliyyə problemləri

18:51 - 14 Dekabr 2018

Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi "Astana" maliyyə problemləri ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Qazaxıtan klubunun müvəqqəti çalışdırıcısı Qriqori Babayan Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Renn”ə uduzduqları (0:2) oyundan sonra fubolçulara böyük məbləğdə mükafat borcunun olduğunu söyləyib:


"Artıq neçənci ildi ki, mövsümün sonunda maliyyə problemləri ilə üzləşirik. Klubun futbolçulara böyük mükafat borcu var. Ödənişlər gecikəndə futbolçular əsəbləşir, onların oyununa da mənfi təsir edir".

 

"Astana"nın prezidenti Sayan Hamitcanov da maliyyə problemləri olduğunu təsdiqləyib: 2Son 4 ildə klubun büdcəsi dəyişməyib. Amma bu müddətdə komandanın səviyyəsi xeyli yüksəlib. Səhmdarlar qısa zamanda maliyyə və infrastrukturla bağlı təbir görməsələr, klubun son illər avrokuboklarda əldə etdiyi uğurlar tarixdə qalacaq və "Astana" klub olaraq dağılacaq".

Xəbər xətti