"Səbail" Ruslan Qurbanova sonuncu xəbərdarlıq etdi

10:00 - 15 Dekabr 2018

"Səbail" klubu futbolçusu Ruslan Qurbanovu bağışlayıb. 

 

Sportal.az saytının məlumatına görə, intizamsız hərəkətlərinə görə əvəzedici komandaya göndərilən milli komandamızın üzvü əsas komandaya qaytarılıb.  Bu qərarı komandanın baş məşqçisi Aftandil Hacıyev verib. Yarımmüdafiəçi məşqçiyə yaxınlaşıb, səhv etdiyini etiraf edib. 

 

Gənc mütəxəssis Qurbanovu bağışlayıb və səhvinin təkrarlanmaması üçün xəbərdarlıq edib. 

 

Qeyd edək ki, Ruslan Qurbanov klubun bazasını icazəsiz tərk etdiyi üçün əvəzedici komandaya göndərilib.  

Xəbər xətti