"Barselona"dan 115 milyonluq futbolçuya görünməmiş cəza

15:18 - 15 Dekabr 2018

"Barselona" istedadı qədər intizamsız hərəkətləri ilə də diqqəti çəkən Osman Dembele barədə qərar verib.

 

Sportal.az xəbər verir ki, gecə gec saatlara qədər video oyun oynayan və bu səbəbdən məşqlərə gecikən fransız futbolçuya telefon qadağası qoyulub. Dembele komandanın səhər məşqlərinə gecikdiyi üçün baş məşqçi Ernesto Valverdenin narazılığına səbəb olub.

 

Qeyd edək ki, "Barselona" Dembeleni 2017-c ildə Dortmund "Borussiya"sından 115 milyon avroya transfer edib. 

Xəbər xətti