“Forza Neftçi” tribunadan çəkildi

15:37 - 15 Dekabr 2018

“Neftçi”nin azad azarkeş qrupu olan “Forza Neftçi” bir müddətliyinə tribunadan çəkildiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, azerkəşlər bu barədə sosial şəbəkə hesablarından paylaşım ediblər. Onlar bu qəraralarının səbəbini tam olaraq açıqlamasalar da, bir müddət oyunlara getməyəcəklərni bildiriblər.

 

“Forza Neftçi”nin bu gün ölkə kubokunun  1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt”a qarşı keçirələcək görüşdə tribunada yer almayacağı gözlənilir. 

Xəbər xətti