"Beşiktaş" ulduz futbolçuları ilə yollarını ayırdı

10:34 - 16 Dekabr 2018

Mövsümün ilk yarısını uğursuz keçirən, eyni zamanda Avropa Liqasında da qrupda qalan “Beşiktaş”da ciddi dəyişikliklər gündəmdədir. Sportal.az xəbər verir ki, “qara qartallar” bir neçə əcnəbi oyunçusu ilə yollarını ayrımağı planlaşdırır.

 

Artıq Pepe və Rayan Babellə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verildiyi haqqında xəbərlər yayılıb. Bildirilib ki, baş məşqçi Şenol Günəşin istəyi ilə hər iki futbolçu göndəriləcək. Rəsmi qərarın yaxın günlərdə elan olunacağı gözlənilir.

 

Futbolçuların İstanbul nəhəngi ilə mövsümün sonuna qədər müqavilələri mövcuddur. 

 

Qeyd edək ki, Avroliqada növbəti mərhələyə yüksələ bilməyən “Beşiktaş” Türkiyə Super Liqasında da ilk üçlükdən kənarda qalıb. 

Xəbər xətti