Millimizin sabiq üzvü oynadı, komandası qələbə qazandı

11:35 - 16 Dekabr 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında XVI turun oyunları keçirilir. Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Qazişəhər Qaziantep”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, “Gənclərbirliyi” hazırda 38 xalla 18 kollektiv arasında liderdir. 

Xəbər xətti