“Spartak” azərbaycanlı futbolçunu geri qaytarır

12:50 - 16 Dekabr 2018

Rusiyanın “Rostov” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev iş yerini dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçinin xidmətində yetirməsi olduğu “Spartak” klubu maraqlıdır.  Moskva təmsilçisinin rəhbərliyi gələn həftə baş məşqçi Oleq Kononovla transfer məsələlərini müzakirə edəcək. “Spartak”ın ilk hədəfi “Rostov”un heyətində parlaq çıxışı ilə diqqət çəkən 22 yaşlı futbolçunu geri qaytarmaqdır. Baş məşqçinin də fikri öyrənildikdən sonra futbolçu ilə danışıqlara start veriləcək.

 

Ayaz Quliyev bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib və 1 qolla yadda qalıb. 

 

Qeyd edək ki, Ayaz Quliyev “Spartak”dan “Rostov”a 500 min avroya transfer olunub.   

Xəbər xətti